Təchizat Zəncirinin Metodologiyasının hansı formada həyata keçirilməsi haqqında müxtəlif mülahizələr və yanaşmalar mövcuddur.  Satınalma funksiyası üzrə görkəmli performansa nail olmaq üçün M&S hər bir şirkət üçün master siyahısına beş elementin daxil edilməsini təklif edir. Satınalmanın İdarə Edilməsində istifadə edilən birinci metodologiya elementi ümumi hesabın 20%-ni təşkil edən alətlərdir.

İkinci komponent Təchizatçı ilə Əlaqələrin İdarə Edilməsidir və bu komponent ümumi hesabın 20%-ni əşkil edir.

Metodologiyanın üçüncü elementi Müqavilənin İdarə Edilməsidir və bu komponent də ümumi hesabın 20%-ni təşkil edir.

Dördüncü mühüm element isə Təlim və Məşqçilik planı vasitəsilə dəstəyi ilə mütəxəssislərin yetişdirilməsidir və bu element də ümumi hesabın 20%-ni təşkil edir.

Sonuncu və bəlkə də ən mühüm element Satınalma Mütəxəssislərinin İşə Qəbul edilməsidir ki, sadalanan digər elementlərin hər birinin həyata keçməsi bu elementdən asılıdır.

Bu beş komponent birləşərək bütövlükdə təchizat zəncirinin idarə olunması üzrə müvaffəqiyyətin əldə edilməsinin böyük ortalama hesabını əmələ gətirir.

 

Quick Links:

Satınalmanın İdarə Edilməsi

Təchizatçı ilə Əlaqələrin İdarə edilməsi

Müqavilənin İdarə edilməsi

Təlim