Təchizatçı ilə Əlaqələrin İdarə edilməsinin tətbiq edilməsi ilə M&S aşağıda sadalanan üstünlüklərə nail olmaq imkanı yaradır:

  • Xərclərin Azaldılması
  • Səmərəliliyin Artırılması
  • Qiymət Dəyişkənliyinin Minimallaşdırılması
  • Təchizat Zəncirinin Möhkəmləndirilməsi
  • Əməliyyatların Davamlı olaraq Təkmilləşdirilməsi

Nünunələrin yerində qiymətləndirilməsinin həyata keçirilməsi ilə seqmentasiya və ixtisaslaşdırma üzrə əsas təchizatçılar ilə əlaqələrin idarə edilməsi və təchizatçı ilə əlaqələr proqramının tətbiq edilməsi vasitəsi ilə Xərclərin Azaldılmasına nail olunur.

Əsas və strateji təchizatçıların müəyyənləşdirilməsi təşkilatlara uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq və xərclərin minimala endirilməsi üçün qeyri-əlavə dəyər fəaliyyətlərininaradan qaldırılması istiqamətində birlikdə işləmək imkanı yaradır.

 Səmərəliliyin artırılması heç bir gecikmə olmadan ehtiyacların qarşılanması üzrə tam anlaşmanın inkişaf etdirilməsi üçün müvafiq kommunikasiya planları vasitəsilə əldə edilir.

 Qiymət Dəyişkənliyinin Minimallaşdırılması təchizatçı ilə əlaqələrin idarə edilməsi vasitələrinin tətbiq edilməsi ilə və uzunmüddətli müqavilə şərtlərinə sabit qiymət siyasətinin təşviq edilməsi ilə həyata keçirilir.

Təchizat zəncirinin möhkəmləndirilməsi tərəflərə ən yaxşı formada (i) görülən işlərin dərk edilməsi, (ii) onların fəaliyyətlərinin gələcək səmərəli və təcrübi üstünlüklərə yönəlməsinin uyğunlaşdırılması, və (iii) idarə etmə işlərinin asanlaşdırılması üçün bir çox təchizatçıların azaldılması imkanı yaradır.

Uzunmüddətli əlaqələri hədəf alaraq əməliyyatların mütəmadı olaraq təkmilləşdirilməsi fəaliyyət göstərən təchizatçının müəyyən meyarlara hazır olub-olmamasını sınaqdan keçirir. Təchizatçı ilə Əlaqələri təmin etmək üçün aşağıda sadalanan metodlar mövcuddur:

  • Təchizatçının Xərclər Analizi
  • Müqayisəli Təhlil
  • Təchizatçının Verilənlər Bazasının İdarə Edilməsi
  • Təchizatçının Rüblük Performansına Baxış (KPİ-lər)
  • Təchizatçının Qiymətləndirilməsi
  • Təchizatçənən Tədqiqatı

Təchizatçı ilə Əlaqələrin İdarə EdilməsiTəchizetmə zənciri boyunca qələbə-qələbə yanaşmasının həyata keçirilməsi ilə qarşılıqlı formada səmərəli əlaqələrin əldə edilməsinə əsaslanır.